Kim deyir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Kim deyir

Kim deyir aramızda,
Söhbət-sov olmamışdı.
Bir kəlmə yox sözümdən ,
Gözlərin dolmamışdı?

Heç vaxt söyləməmişdin,
Fikrini,niyyərtini.
Baxışından oxurdum,
Ülvi məhəbbətini.

Fani dünyada məni,
Anmadınmı heçmi sən.
Məzar olub məskənin,
Bu dünyadan köçmüsən.

Hərdən salam verəndə,
Sevdiyini danırdın.
Hind kinosu görəndə,
Mənsə səni anırdım.

Dünya gəldi dar sənə,
Ürəyində mərhəmət.
Bircə duam var sənə,
Allah eyləsin rəhmət.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2025 05:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!