Kim alacaq qadamı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Kim alacaq qadamı

Xar ilə qucaqlaşdın,
Soyudun, sazaqlaşdın.
Getdikcə uzaqlaşdın,
Məni satdın yadamı.

Nədir yalanın,doğrun,
Baxırsan gizlin, oğrun.
Bunca çəkdiyim ağrı,
Acım getdi badamı.

Qəlbə bəstə düşəndə,
Çiçək dəstə düşəndə.
Bimar, xəstə düşəndə,
Kim alacaq qadamı.

Günlər gec ötüşəndə,
Dərd qəmlə öpüşəndə.
Çətinliyə düşəndə,
Yetişərsən dadamı?

Çox qorxuram dardasan,
Borandasan, qardasan.
Söylə, söylə hardasan,
Xəyalımın adamı.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.1.2023 16:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu