Yol üstündə boynun burar uşaq tək,
Xəyalllarla yaşar yalnız kəndimiz.
Əlçatmayan, ünyetməyən uzaq tək.
Darıxar tək-tənlha, yalqız kəndimizş.
Övladları köçüb daha, qayıtmaz,
Yaxşı günlıər keçib daha, qayıtmaz.
Fələk gülün biçib daha, qayıtmaz
Qalıbdır bəhərsiz, barsız kəndimiz.
Çox gözəldi xoşbəxt, qəmsiz çağında,
Gənc qalmayıb aranında, dağında.
Nələr bitməyirdi yaşıl bağında,
Almasız, heyvasız, narsız kəndimiz.
İsti idi, sanki ana qucağı,
Yoxuydu kimsədən bir umacağı.
Niyə söndü yanar odum-ocağım,
Niyə çıxdıq etibarsız, kəndimiz.
Yoxdur daha yandırmağa odunu,
Yavaş-yavaş itiririk dadını.
Yaşarır gözlərim, çəksəm adını,
Qalıbdır bir gözəl yarsız kəndimiz.
Yavaş-yavaş unudulur soyumuz,
Kiçilmişik.Görünməyir boyumuz.
Gitarayla keçir daha toyumuz,
Kamansız, qavalsız, tarsız kəndimiz.
Evimizi xatirədək saxlayır,
Qəmli günü qılbimizi dağlayır.
Üzə gülür, içindəvcə ağlayır,
Deməyin ki olub arsız kəndimiz.
Bəsimizdir hər dyuası, alqışı,
O, anadır.etməz bizə qarğışı.
Yadından çıxarıb soyuq, sərt qışı,
Atyazsız, şaxtasız, qarsız kəndimiz.
Sevinc, daha açılmayır gülləri,
Yetişməyir sapsarı sünbülləri.
Cəh-cəh vurmur o şeyda bülbülləri,
Çəmənsiz, çiçəksiz, xarsız kəndimiz.
Kayıt Tarihi : 26.10.2023 14:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!