Eşq gülünü soldurma sən,
Yarpağına yoldurma sən.
Qəm badəsin doldurma sən,
Daha bəsdi,səbrim daşdı.
Büstüm xəyala dalacaq,
Üstünü qar da alacaq.
Hələ neçə il qalacaq,
Dağılmaz ki qəbrim,daşdı.
Aşiq yarıyçun neyləməz,
Gecəni gündüz eyləməz?!
Bircə kəlmə “HƏ”-söyləməz,
Sevdalımın qəlbi daşdı.
Kayıt Tarihi : 14.6.2018 20:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!