Ayrılığın yox əlacı,
Yedirtdiyi ağu-acı.
Qaradır hicran ağacı,
Yarpaqları sarı-sarı.
Göz yaşını heçə bilməm,
Dostu-yarı seçə bilməm.
Addımlayıb keçə bilməm,
Nə ucaymış dərd hasarı.
Yaman verir acı, yaram,
Oxu minbir tilsim, sarı.
Ürəyimə acıyıram,
Kədər dostu, qəm simsarı.
27.11.2018
Kayıt Tarihi : 6.12.2018 07:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!