Soyma məni, günəşindən qarallam,
Oyma məni,qəlbimdəncə darallam.
Qoyma məni tənhalıqda,sarallam
Bu payızın gedişi də gözəldir.
Köynəyində ilmə-ilmə toxunum,
Göynəyində kəlmə-kəlmə oxunum.
Öynəyində “ölmə-ölmə”yoxunmu,
Zəmanənin gərdişi də gözəldir.
Yar üstümə acı sözdən pay atıb,
Dəniz susub,əsəbindən çay yatıb.
Eh,əzəldən günəş çıxıb,ay batıb,
Kainatın vərdişi də gözəldir.
Kayıt Tarihi : 5.4.2025 14:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!