İtir meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

İtir meni

Arzusun çox o qızın,
Qəlbən tənha, yalqızın.
Gözləyər dan ulduzum,
Vüsala yetir məni.

Zülmətə nur saçıram,
Sənə könül açıram.
Kəpənəyəm, uçuram
Çiçək tək bitir məni.

Yaramı qanatmısan,
Dərdləri sanatmısan.
Sevgidən yaratmısan,
Sevdada itir məni.

Nədən tez düşür axşam,
Yandırammıram ağ şam.
Səninçün darıxmışam,
Yanına götür məni.

Tək sənsən mənə həmdəm,
Ayrılma gözü nəmdən.
Bu kədərdən bu qəmdən,
İlahi, ötür məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.8.2025 06:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!