İnsan Olmaq İsteyirem Şiiri - Seyraqif C ...

Seyraqif Coculu
93

ŞİİR


2

TAKİPÇİ

İnsan Olmaq İsteyirem

İNSAN OLMAQ İSTƏYİRƏM

Hər zülmətə boyun əyən
Bəndə olmaq istəmirəm.
Min illərdir əsarətdə,
Daha qalmaq istəmirəm.

Şeytan çıxdı bəndəlikdən,
Döndü azad mələk oldu.
Adəm girdi bəndəliyə,
Ancaq işi kələk oldu.

Mən də çıxib bəndəlikdən,
Insan olmaq istəyirəm.
Insanlığın ətəyində,
Haqqı bulmaq istəyirəm.

Bəndələşib fağırlaşmaq,
Fayda verməz insanlığa.
Taleyini dəyişməsə,
Son qoyammaz yamanlığa.

Insan gərək asi olsun,
Zülm edilmiş taleyinə.
Çarəsini üzü tapsın,
Uymasın şeytan dilinə.

Bir kimsəyə mədət yoxdur,
Taleyi öz əlindədir.
Bir də ona bəndələrin,
Fitnəsində, felindədir.

Öz mənamdan yaranmışam,
Bu dünyanın yarlığıyam.
Təvəkkürlə idrak edən,
Ictimai varlığıyam.

Azad fikir deyə bilən,
Istismara qarşı duran.
Hüquqları tapdanmayan,
Ictimai varlıq olan.
Insan olmaq istəyirəm!
Insan olmaq istəyirəm! 12.02.2020

Seyraqif Coculu
Kayıt Tarihi : 27.7.2025 08:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!