Yatan çiçək ayılır,
Gülə həmdəm sayılır.
Dalğa-dalğa yayılır,
Mənim incə gülüşüm.
Təbəssümə adaxlanar,
Püstə dodaqda saxlanar.
Gül açıb da pardaxlanar,
Mənim qönçə gülüşüm.
Yada düşər gör nələr,
Ahım dağları dələr,
Göz yaşım sonra gələr
Mənim.Öncə gülüşüm.
Dərdi-qəmi yox sayırmı,
Bir balaca axsayırmı.
Təbəssümə oxşayırmı
Mənim.Səncə gülüşüm.
Kayıt Tarihi : 29.8.2021 09:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!