Ayrılmışıq nə müddətdir,
Görən məni anarsanmı.
Alovlanan məhəbbətdir,
Atəşimə yanarsanmı.
Qalmışam həsrət gəlişə,
Qalmışam həsrət gülüşə.
Qalmışam həsrət görüşə,
Varlığımı danarsanmı.
Əcəl məni sənsiz bilib,
Qapımıza qonaq gəlib.
Desələr ki Sevinc ölüb,
Xəbərə inanarsanmı.
Dünya uçdu,sanarsanmı.
Kayıt Tarihi : 11.6.2018 10:39:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!