İlahiye xitab Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

İlahiye xitab

Ilahi, qızımı sən xoşbəxt eylə,
Tezliklə qovuşsun sadiq yarına.
Yerini həmişə uca təxt eylə,
Heç kölgə enməsin etibarına.

Dolaşıq düşməsin sevinc kələfi,
Yolu aydın olsun, çıraqban olsun.
Mənim tək insanın gözəl xələfi,
Daima gülərüz, mehriban olsun.

Bir gün sevindirib məni ürəkdən,
Yenidən bəxtəvər nənə eyləsin.
Dualar göndərim səmum küləkdən,
Məhəbbət ətirli nəğmə söyləsin.
06.01.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 08:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu