Dərdi uyuda billəm,
Qəmi ovuda billəm.
Necə unuda billəm,
Ayrılığın dadını.
Vüsal mənlə yollaşır,
Fərəhindən yol daşır.
Sən hicranın yoldaşı,
Mən həsrətin qadını.
Fikirləşirəm hər an,
Bizimkimi bu cahan.
Hardasan ismi-pünhan,
Kimə deyim adını.
21.03.2019
Kayıt Tarihi : 21.3.2019 14:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!