Istərsə ayrılıq tufan qoparsın,
Çox olar bəmbəyaz gülüm həsrətə.
Yanar ocağımı fərəh aparsın,
Qalmasın bir damcı külüm həsrətə.
Kədərim sevincə qənim, İlahi,
Dağılsın dumanım,çənim,İlahi.
Əlimdə olsaydı mənim,İlahi
Ah , necə edərdim zülüm həsrətə.
Qarlı qış baharım, yazım deyil ki,
Ədası bir yana, nazım deyil ki...
Sağlığı kimsəyə lazım deyil ki,
Necə yaraşardı ölüm həsrətə.
17.12.2018
Kayıt Tarihi : 23.12.2018 16:02:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!