Herden üreyime sekseke düşer.

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Herden üreyime sekseke düşer.

Sanki salınmışam qızıl qəfəsə,
Bülbül gülə baxıb gəlmir həvəsə.
Durmadıq səninlə nəfəs-nəfəsə,
Dostum, heç duydunmu qəlb ahəngimi.

Özüm qocalsam da hissim ölməyir,
Gözümün yaşını dostum silməyir,
Bir kimsə duymayır, kimsə bilməyir,
Köksümün altında qəmlə cəngimi.

Hərdən ürəyimə səksəkə düşər,
Baxa bilmədiyim məzhəkə düşər.
Bəyazdır, qorxuram bir ləkə düşə,
Bəlkə dəyişdirim könül rəngimi,

Birigünə qalmayır ki boyatım,
Çağrılmayır nə laylam, nə bayatım.
Bitməyir ki işgəncəsi həyatın,
Dərman təsir etmir, ağrım səngimir.

Necə də bərk çalır qapqara dəfi,
Geyimi nimdaşdır, özüsə səfil.
Bilirəm qapımı döyəcək qəfil,
Əzrail yoldadır, bir an ləngimir.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 17:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu