Həqiqət aşiği deyirlər mənə,
Ancaq ki yalanın önündə lalam.
Acılı sözlərlə dəyirlər mənə,
Nə qədər dözümlü imişəm, balam.
Çəkdiyin ahların say-hesabı yox,
Nə olar, bir dəfə ürəkdən gülsən.
Xeyirxah əməlin bil, savabı çox,
Heyf vaxtsız solan, saralan gülsən.
Məni arzularım çəkib aparır,
O uzaq üfüqün bitdiyi yerə.
Qaranlıq üstümə çöküb aparır,
Işığın əbədi bitdiyi yerə...
Kayıt Tarihi : 29.4.2018 16:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!