Xatirələr qəlbdə uyur,
Üzümü göz yaşı yuyur.
Dostum, sən də təşrif buyur,
Qəmdən tökülmüş odama.
Zirvə aşan təpə döyər,
Səma yağış səpə, döyər.
Yaraşıqdır ləpədöyən,
Dənizdə tənha adama.
Kədərindən aman-aman,
Xatirəndir qəlbə daman.
Dəyişə bilməyib zaman,
Elə həminki adamam.
18.02.2018
Kayıt Tarihi : 5.5.2018 07:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!