Hardasa könlümün dərinliyində,
Hardasa köyümün sərinliyində
Xəzinə gizlənir, dostum, xəzinə.
Qoymam ki pis ruhlar orda gəzinə.
O yerdə nənəmin ayaq izi var,
O yerdə babamın dəmir mizi var.
O yerdə gizlənib lal xatirələr,
Bəyaz xatirələr,al xatirələr.
Orada atamın şüası vardır,
Orada anamın duası vardır.
Ordadır hələ də közərən közüm,
Orda əbədilik qalacam özüm.
Kayıt Tarihi : 23.12.2021 07:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!