Hardan esir qem küleyi Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Hardan esir qem küleyi

Elə bildim naşı olar,
Lal qayamın daşı olar.
Gözlərimin yaşı olar,
Hardan əsir qəm küləyi.

Könlüm başı sızıldayar
Damcı düşsə cızıldayar.
Yeni nəğmə mızıldayar,
Hardan əsir qəm küləyi.

Sanırdım bir qərib gəlib,
Qanadını gərib gəlib.
Dərd dünyasın görüb gəlib,
Hardan əsir qəm küləyi.

Sözlərindən duz tökülməz,
Yalanından düz tökülməz.
Qaraqabaq, üzügülməz
Hardan əsir qəm küləyi.

Günəşinin köksü qara,
Güləşinin rəqsi qara.
Atəşinin əksi qara,
Hardan əsir qəm küləyi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.4.2025 08:25:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!