Göyləri şahin,sar alar,
Zirvələri ağ qar alar.
Sənsiz daim yetim qalar,
Bu yerlərin maralısan.
Yolunun üstündə durmuş,
Yenə duzaq,tələ qurmuş.
Hansı ovçu səni vurmuş,
Ürəyindən yaralısan.
Sənsiz deyib-gülməyirəm,
Göz yaşımı silməyirəm.
Məskənini bilməyirəm,
Söylə görüm,haralısan.
Kayıt Tarihi : 10.6.2018 16:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!