Gəldiyin yolları pusdum,
Sən danışdın, mənsə susdum.
İlahidən, əziz dostum,
Ən qiymətli, gözəl paydın.
Günaydın.
Sildin kədərinin çoxunu,
Al-əlvan çələng toxudun.
Elə ürəkdən oxudun,
Səsini aləmə yaydın.
Günaydın.
Həyat baha, deyil ucuz,
Uduzanda dosta uduz.
Hamı üçün sadə ulduz,
Mənim üçün Günəş,Aydın.
Günaydın.
Qulağa xoş gəlir avaz,
Üşütməyir şaxta-ayaz.
Mən sakitcə axan Araz,
Sən Kür kimi coşan caydın.
Günaydın.
Kayıt Tarihi : 14.07.2026 06:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!