Yeni dastan olacaqdır,
Qara gözlər dolacaqdır.
Tarixlərdə qalacaqdır,
Bizim günahsız sevgimiz.
Nə yaşadıq, nə də görək,
Hicranın ağ telin hörək.
Müqəddəs sayılsın gərək,
Bizim günahsız sevgimiz.
Kərəm olduq, Əsli olduq,
Sevilənlər nəsli olduq.
Ömrün payız fəsli oldu,
Bizim günahsız sevgimiz.
Çinar imiş, vələs imiş,
Adicə mehdən əsirmiş.
Son görüşə tələsirmiş,
Bizim günahsız sevgimiz.
Başımızın tacı oldu,
Həsrətin əlacı oldu.
Şirin ikən acı oldu,
Bizim günahsız sevgimiz.
09.08.2024.
Kayıt Tarihi : 6.4.2025 08:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Hayırlı çalışmalar.
TÜM YORUMLAR (1)