Qaranlıq şəhərdə bir tablo vardı,
Orada işıqlı tənlik yaşardı.
Bəlkə bu fələyin zalım qurğusu,
Üstünə düşməzdi heca vurğusu.
X-ın , iqrekin rəngi gümüşü,
Baxanın üzündə şirin gülüşü.
Pilus, bərabərlik masmavi rəngdə,
Onlar döyünərdi eyni ahəngdə.
Cavabsa qiymətli qızılı olar,
Sevən ürəklərə yazılı olar.
Mən üstəgələk sən bərabərdi O,
Bəzəkdi şəhərə bu sadə tablo.
O-nun varlığını billik hamımız ,
Eşq ilə döyünər könül qapımız...
Kayıt Tarihi : 16.2.2026 16:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!