Guman kimi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3793

ŞİİR


28

TAKİPÇİ

Guman kimi

Günəş ayla məzələnir,
Yer də, göy də təzələnir.
Xatirələr çözələnir,
Bəmbəyaz bir duman kimi.

Günəş ilə tən gəlirsən,
Mehriban və şən gəlirsən.
Göz önünə sən gəlirsən,
Gözlərimi yuman kimi.

Odsan sönən ocağıma,
Nursan soyuq bucağıma.
Sən gəlirsən qucağıma,
Ördək ğölə cuman kimi.

Damarımda qanımdasan,
Ürəyimdə, canımdasan.
Dar günümdə yanımdasan,
Ümid kimi, güman kimi.
duman kimi

Sevinc Arzulu
Kayıt Tarihi : 16.2.2026 16:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!