Qəm şahına vəzirəm,
Qocalığa nəzirəm.
Xatirələr gəzirəm,
Ağsaçlı kargüzaram.
Coşur mavi dənizim,
Silir sahildən izim.
Bir qulaq as, əzizim
Acı giley-güzaram.
Könül dərddən qaralmış,
Xəzəl kimi saralmış.
Gen yollarım daralmış,
Məhv olmuş gülüzaram.
Kayıt Tarihi : 27.6.2018 15:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!