Çənim var, dumanım yox,
Bir görüş umanım yox.
Dönməyə gümanım yox,
Gülüm, sənsizləmişəm.
Allam vecə, çəkirəm,
Gündüz-gecə çəkirəm.
Bilsən necə çəkirəm,
Zülüm, sənsizləmişəm.
Dönəcəm tək qovağa,
Xəzəl olan yarpağa.
Qarışacaq torpağa,
Külüm, sənsizləmişəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!