Güldür meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Güldür meni

Dərd əlində oyuncağam,
Sanki hissiz oduncağam.
Vaxtsız yanan od-ocağam,
Yağ yağış tək,söndür məni.

Şaxta vurmuş ağ köynəyəm,
Qəm içindəcə göynəyəm.
Yerdə deyiləm,göydəyəm,
Şirin söz de,endir məni.

Yağdı hicran yağışımız,
Soldu əlvan naxışımız.
Pıçıldaşar baxışımız,
Nolar,bir yol dindir məni

Nə zilim,nə bəmim oldu,
Vüsal ümid gəmim oldu.
Ayrılıq dərd-qəmim oldu,
Öz əlinlə öldür məni.

Gəl gedək üzü günəşə
Bəlkə bəxtə bir gün düşə.
Həsrətəm şirin gülüşə,
Bircə dəfə güldür məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu