Dərd sel tək gəlir üstümə,
Baxan yoxdur lal büstümə.
Dünya yığıldı tüstümə,
Ocağında kül olmadım.
Gecə-gündüz əzizləyəm,
Qəlbdən qəmi təmizləyəm.
Səni günəşdən gizləyən
Pəncərəndə tül olmadım.
Inandım sözü göyçəyə,
Sığındım kiçik dibçəyə.
Döndüm sarıtel çiçəyə,
Baxçanda al gül olmadım.
Kayıt Tarihi : 30.6.2018 17:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!