Gah şad, gah da qəmgin olar,
Göy səması əngin olar.
Rənglər ilə zəngin olar,
Xəyallarım gül butası.
Qəmlə sevinc düz gəlsə də,
Ömrümüzə yüz gəlsə də.
Dünya-aləm düzəlsə də,
Düzəlməz ki dil xatası.
Düşək fərəh sarayına,
Yumşaq telin darayına.
Arzuların harayına,
Neçə-neçə il çatası.
Kayıt Tarihi : 28.6.2018 06:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!