Bürünür yalan ətrinə,
Sürünür talan çətrinə,
Xalalarının xətrinə,
Öyəndə sözüm ağrıyır.
Birrəng, qara naxışıyla,
Aldadıcı yağışıyla,
Məni məkr baxışıyla,
Döyəndə dözüm ağrıyır.
Yolum uzun, gedirəm ki,
Tozu yola yedirəm ki.
Elə nifrət edirəm ki,
Görəndə gözüm ağrıyır.
Kayıt Tarihi : 9.6.2018 17:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!