Yaddan çıxıbdır çoxusu,
Güllərimin müşk qoxusu,
Səni itirmək qorxusu,
Gözlərimdən asılıb.
Qonaqdır ilham-mələk də.
Uzaqdır hiylə-kələkdən.
Deyəsən zalım fələk də.
Sözlərimdən asılıb.
Bu dünya unutmaz bizi,
Yox olarsaq titrər dizi.
Ayrılığın ayaq izi,
Közlərimdən kəsilib.
Kayıt Tarihi : 8.10.2019 06:41:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!