Bilirəm, ruh üçün nə gündüz, gecə
Boran da . şaxta da gəlməyir vecə.
Başını söykəyib astaca necə,
Xatirən ağlayır dizlərim üstdə.
Yaralı könlümü çiskin sıxıbdır,
Könlümün evini həsrət yıxıbdır.
Daha görüş yeri yaddan çıxıbdır,
Ot-qanqal bitibdir izlərim üstdə.
Kimsəyə göstərmə, yarəb, təkliyi
Ovçuya tuş etmə gözəl kəkliyi.
Əıimdə tutduğum gülər şəklini,
Öpüb də qoyuram gözlərim üstdə.
04.05.2015
Kayıt Tarihi : 8.6.2018 14:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!