Dəyişər çayın axarı,
Tüstülənməz daş buxarı.
Yavaş-yavaş qalx yuxarı,
Mən düşüm üzü enişə.
Haqq sözünü ,qəlbim, dinlə,
Qalmayım ki qəlibimdə.
Sevdan daima qəlbimdə,
Heç zaman etmə əndişə.
İllər məni yaman yorub,
Kimsə xatirəndən sorub.
Yol üstündə boynum burub,
Səni gözlərəm həmişə.
Kayıt Tarihi : 7.5.2025 06:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!