Tüstüsü çıxmayan bacalar kimi,
Qara həsrət qalan ucalar kimi,
Sözü yeriməyən qocalar kimi
Görürəm səni.
Məni qorxutmasın bu yaz yağışla,
Ey külək,yay günü ayaz bağışla.
Gah qara , gah da ki bəyaz naxışla,
Hörürəm səni.
Nədən uzaq düşdün doğma Vətəndən,
Nigaran qalmışam gözdən itəndən.
Durub ağac altda hər yol ötəndən,
Soruram səni.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 14:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!