Gizlice Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Gizlice


Minərək taleyin səmənd atına,
Qəmimi kiminlə bölüm gizlicə.
Hopadaq torpağın dərin qatına,
Suyunu itirdi gölüm gizlicə.

Fələk yolun bizdən uzaq salmamış,
Könül şirin xəyallara dalmamış,
Bu fani dünyadan mən kam almamış,
Özünü yetirdi ölüm gizlicə.

Kimin olacaqır bu ulduz,bu ay,
Yenə də həsrətli günlərini say.
İstədi Sevincə bağışlaya pay,
Lalələr yetirdi çölüm gizlicə.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu