Fələk yenə keşikdədir,sayıqdır.
Arzularım tənha üzən qayıqdır.
Dərdin evi soyuqdan da soyuqdur,
Iki dərdin arasında gizlənim.
Bir-birinə qarışıbdır bəm,zilim.
Geri qayıt,göz yaşımı mən silim.
Üşüyürəm,yoxdu isti mənzilim,
Gözlərinin qarasında gizlənim.
Həsrət,mənə ağ güldən çələng toxu,
Hicran,az vur ürəyimə qəm oxun.
Hər yerində bəla əsir,qəm qoxur,
Bu dünyanın harasında gizlənim.
Kayıt Tarihi : 19.6.2018 08:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!