Sevdiyini gec tanıma,
Başqasını heç tanıma.
Həsrətimə, hicranıma
Dözürsənmi sevdiyim.
Ayrılığın boz ayında,
Gün yandıran yaz-yayında,
Həsrətin qara çayında,
Üzürsənmi sevdiyim.
Arzularım yanar köz-köz,
Yaralarım olar göz-göz.
Yenə kəlamları söz-söz,
Düzürsənmi sevdiyim.
Həqiqətin döz önündə,
Məhəbbətin öz önündə.
Rəsmlərim göz önündə,
Süzürsənmi sevdiyim.
Azadlığın qədrin bil də,
Tənhalıqdan çaşar dil də.
Məndən ayrı doğma eldə,
Gəzirsənmi sevdiyim.
Kayıt Tarihi : 18.10.2019 15:50:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!