Soyuq, sazağa üzər,
Tələ-duzağa üzər,
Yaman uzağa üzər,
Məhəbbətin gəmisi.
Birindəcə ağıl yox.
Qısqanarlar, paxıl çox,
Dişə dəyən taxıl yox,
Biçilibdir zəmisi.
Gəldiyi bir hovurdu,
Ayrılığı ovurdu.
Külək ilə sovurdum,
Uçub getdi cəmisi.
11.04.2019
Kayıt Tarihi : 11.4.2019 16:28:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!