Həyat zalım,dünya ikibaşlıdır,
Ömrümüzün yolları sərt,daşlıdır.
Demə gözün niyə belə yaşlıdır,
Sənlə ölən gəncliyimə ağlaram.
Baxammadım həsrətinin gözünə,
Alışaraq yandım hicran közünə.
Heç uymadım böyüklərin sözünə,
Öz günümə,kəcliyimə ağlaram.
Daha geri dönməyəcək gül yarım,
Bircə anda soldu gözəl gülzarım.
Çətin keçər onsuz mənim güzarım,
Ötüb keçən dincliyimə ağlaram.
Kayıt Tarihi : 16.6.2018 10:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!