Tanrı qoçağın olub,
Yaşıl qovağın olub,
Vətən, qonağın olub,
Qoynunda dincəlimmi?
Üstündən gün keçməyə,
Göy zəmini biçməyə,
Kür suyundan içməyə.
Söylə, mən də gəlimmi?
Yadıma oğrun düşər,
Yalanın, doğrun düşər.
Həmişə yorğun düşən,
Baxışları həlimmi?
15.07.2018
Kayıt Tarihi : 16.7.2018 07:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!