Yenə nədən mənlə öc düşür günlər,
Zalım əğyar ilə öpüşür günlər.
Demə ki çox yavaş ötüşür günlər,
Papağın fırlat da,gəlib gedəcək.
Ah da çəkəmmirəm nəfəs dolusu,
Ürəyim buluddur,içi dolu su.
Elə güclü yağar həsrət dolusu,
Damını qırlat da dəlib gedəcək.
Tək məni ov seçər möhnətin gözü,
Tikanla örtülü nifrətin düzü.
Soyuqdan göyərmiş həsrətin üzü,
Min bir yol nurlat da ölüb gedəcək.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!