Ayrılığa dözmüşəm ki,
Yalanını sezmişəm ki.
Yer üzündən bezmişəm ki,
Göy üzünü çəkim, gedim.
Qarşılaram sübh danımı,
Pak saxlaram vicdanımı.
Izn verin fidanımı,
Torpağaca əkim, gedim.
Kim inciyər gözəl dostdan,
Şəninə dediyi tostdan.
Nə bağ qalıb, nə də bostan,
Saralıbdır ləkim, gedim.
Vəfadar olmaz yar kimi,
Düşmən olmaz əğyar kimi.
Göyə qalxaram şar kimi,
Azalıbdır çəkim, gedim.
Ürək artıq kədərdən tox,
Dayanmadan sıxılır çox.
Ayrılığın çarəsi yox,
Dərman tapmaz həkim, gedim.
Kayıt Tarihi : 14.7.2023 10:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!