Xəyalım əksini ucuz tutmayır.
Gülümsər çöhrəni heç unutmayır.
Axan göz yaşımı gün qurutmayır.
Yağışlar bənizim, yağışlar mənim.
Qırmızı güllərdən çələng toxusam,
O çələng ən gözəl ətir qoxusa,
Nə zaman üz tutub şeir oxusam,
Alqışlar dənizim, alqışlar məni.
Unutmaz olaydıq əfsanələri,
Düşünüb anıram daha nələri.
Bilirsən,əlvandır xatirələrin,
Ömrümdə hər izi naxışlar məni.
Sən nə tez qovuşdun haqq dünyasına,
Büründün ölümün ağ libasına.
Ah..Gələ bilmədim sənin yasına,
Bağışla,əzizim, bağışla məni.
Kayıt Tarihi : 25.7.2021 06:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!