Ferhad Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Ferhad


Kainat deyəsən yaman dar ona,
Acı iniltilər gələr kar ona.
Dünyanı bürüyən zalım karona
Göründü Əzrail donunda, Fərhad.

Üzlərə çökübdür mərəz sarısı,,
Yaman əl-ayaqda ölüm qarısı.
Dəyişdin dünyanı gecə yarısı,
Gecənin qaranlıq fonunda, Fərhad.

Meh kimi səpsərin küləkdin, qardaş,
Dost, qohum-tanışçun ürəkdin, qardaş.
Insan tək necə də kövrəkdin, qardaş
Dəyişmədi heç səs tonun da, Fərhad.

Şerə çevirərdin duyğularını,
Axtarıb tapmazdın uyğularını.
Yığıb bükmələyib qayğılarını,
Qızına qovuşdun sonunda Fərhad.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.11.2021 08:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu