Unudub sevginin şirin adını,
Indi əvəzində zillət qazandım.
Mən oldum ölkənin şair qadını,
Deyən mən uduzdum, millət qazandı.
Tanrının amansız imtahanına,
Mən hazır olsam da beş alammadım.
Həsrətin işləyib yaman qanına,
Vüsala gedilən yol salammadım.
Zalım ayrılıqla üz-üzə qaldım,
Bircə yol başımı sığallladı ki...
Sonsuz səhra ilə göz-gözə qaldım,
Fələyin qələmi cığalladı ki..
Qanadıb qəlbimin köz yarasını,
Özü al qanına boyanıb getdi.
Üst-üstə vurdu hey söz yarasını,
Qəflət yuxusundan oyanıb getdi.
Tutuldum həyatın qəm azarına,
Sağalmaz.Savadlı həkim də yoxdur.
Dünya niyə baxdı kəm yazarına,
Ədalət mantolu hakim də yoxdur.
Kayıt Tarihi : 25.5.2020 04:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!