Qırdın bütün amanımı,
Məhv eylədin zamanımı,
Bağladığım peymanımı
Nədən belə tez çeynədin.
Dünya həmən həməndimi,
Çöllər yaşıl çəməndimi?
Hördüyüm gül dəməntini,
Verəndə selə, göynədin?.
Yerə vurdun dizlərimi,
Sildin ayaq izlərimi.
Bunca dost əzizlərimi,
Fələk, söylə bir, neynədin.
13.06.2019
Kayıt Tarihi : 13.6.2019 11:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!