EY AVROPA, AVROPA
Itimizi yalladıq,
Atımızı nalladıq.
Qalxıb sizə dərs verib,
Ultimatum yolladıq.
Kökümüzə bağlıyıq,
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Siz kim oluyorsunuz,
Hava çalıyorsunuz.
Öz havamız var bizim,
Kimə yarıyorsunuz.
Aranlıyıq, dağlıyıq
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Məktəbə gedən çocuq,
Rüşvət verir bir azcıq.
Valideyin zorlanır,
Tər tökür muncuq-muncuq.
Deməyin ki, oğruyuq,
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Elə ki, canın yaxır,
Doktor parasız baxmır.
Tədavi kötü gedir,
Ağrı canından çıxmır.
Düşünmürük əyriyik,
Biz beləyik, doğruyuq,
Ey Avropa, Avropa.
Bacar düşmə polisə,
Yoxsa çıxır əndişə.
Sən sübut eyləyincə ,
Səni çəkirlər dişə.
Cəsarətdə ayrıyıq,
Biz beləyik, doğruyuq,
Ey Avropa, Avropa.
Biznesə yol bağlıdır,
Haqqı , bir az yağlıdır.
Biznes yapan kişidən,
Sorur, kimin oğludur.
Biznesdə də qeyriyik,
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Işin düşsə məmura,
Başın girir çamıra.
Fırladıb laxladırlar,
Göndərirlər təmirə.
Qabırğadan yağlıyıq,
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Çarxını qurur fələk,
Yoxsulun işi kələk.
Əkir, biçir buğdanı,
Sorur-sovurur külək.
Sinəmizdən dağlıyıq,
Biz beləyik, doğruyuq.
Ey Avropa, Avropa.
Kayıt Tarihi : 26.7.2025 20:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!