Yamanca calanır dostum,söz-sözə,
Ocaqda qarışır yenə köz-közə.
Ayrılıq zalımla durub göz-gözə
Ilahi,həsrəti dinməyə qoyma.
Hicran öz tayını tapıb da getsin,
Yanından ötəni qapıb da getsin.
Qaraca atını çapıb da getsin,
Bəmbəyaz atıma minməyə qoyma.
Dərdmi-qəmimi astaca uyut,
Sevdalı qəlbimi ustaca ovut,
İlahi, sən mənim əllərimdən tut,
İlahi,sən məni enməyə qoyma.
Kayıt Tarihi : 6.1.2023 16:18:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!