Allahın mənə verdiyi sevinci
Əlimdən aldınız.
Sağlam canımı zorla xəstələndirdiniz.
Barlı-bağçalı malikanəmi
Başı qarlı dağlarımı,
Ceyranlar oylağı yurd-yuvamı,
Balıqlar məskəni çaylarımı,
Göllərimi,
Zümrüd gözlü bulaqlarımı,
Yaşıllığa bürünmüş küçələrimi.
Hər il həsrətlə gözlədiyim nübarlarımı.
Nəyim vardı əlimdən aldınız.
Doğmaları yad etdiniz,
Özgələşdirdiniz.
Balalarımı Robota,Manqurda
Çevirdiniz.
Bol-bol bazar dolu
Meyvələrimi zəhərlədiniz.
Daha nə qaldı ki..
Bircə ümidim qalmışdı.
Onu da parçaladınız
Tikə-tikə edib üzümə çırpdınız.
Ta küsmüşəm,
Küsmüşəm hamıdan.
Bir qəbirlik yerə göz dikmişəm.
O yeri də əlimdən alacaqsınız.
Ümidimi aldığınız kimi,
Oksigenimi aldığınız kimi.
Elə sakitcə,mərhəmətlə
Allahım seyr edir ki,
Sizləri.
Sizlər isə,eh sizlər,
Mərhəmətdən uzaqda
Dayanıb Virus qılıncınızla
Başımın üstünü kəsdirmisiniz.
Mən cəhənnəmə ki,
Barı ,özünüzunkulərə
Rəhminiz, yazığınız gəlsin.
Mənim Ümidimi çilik-çilik etdiniz,
Barı,bircə çimdik güman
Saxlayardınız
Bu gümana bürünüb
Uçardım Zümrüdlər oylağına,
Qaf dağına.
Bir daha geri dönməzdim
Elə orda məzar yeri dərdi
Çəkmədən son nəfəsimi
Bağışlayardım
Zümrüdlərə.
T.Məğrur
Kayıt Tarihi : 19.6.2023 20:29:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!