Yağdırsam qan leysanı mən,
Gəl qarğıma fələyi sən.
Yer üzünün insanı mən ,
Göy üzünün mələyi sən.
Ay dünyanın biilqarı,
Niyə pozdun düz ilqarı.
Hey tökübən qara qarı,
Məni qəmə bələyibsən.
Qayıdıb qar, qış yerinə,
Dua et qarğış yerinə.
Səmadan yağış yerinə,
Qanlı daşlar ələyibsən.
Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!