Günəşin batışında,
Işığı sönəndə gəl.
Çəmənin yatışında,.
Durnalar dönəndə gəl.
Gldən çələng toxuyaq,
Duyaq bülbül səsini.
Gəl ki birgə oxuyaq,
Biz sevgi nəğməsini.
Gəl ki şadlanaq, gülək
Kədər keçmişdə qalsın.
Dünyanı birgə bölək,
Vüsal qələbə çalsın.
Kayıt Tarihi : 12.3.2020 14:03:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!